Qanun pozuntusu ilə Paşinyanın macərası: Suriyada erməni hərbi birləşməsi

2019/01/ryQY--3096308598.jpg
Oxunub: 10593     14:58     22 Yanvar 2019    
“Nikol Paşinyan hələ 17 avqust tarixində öz rəhbərliyinin 100-cü gününə yekun vurarkən Ermənistan və Rusiya arasında misilsiz humanitar təşəbbüs barədə bəyanat verib. Bir neçə həftədən sonra, məlum oldu ki, söhbət Suriyaya erməni hərbi bölməsinin ezam edilməsindən gedir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb.


O belə qeyd edib: “Bu qeyd olunan təşəbbüs bir anda ekspertlər çevrəsində müzakirə mövzusu oldu. Siyasi platformada isə bu məsələ erməni parlamentində əsasən mənim tərəfimdən Nikol Paşinyanla sual-cavab vasitəsilə qaldırılıb. Uzun müddətdir ki, məsələyə siyasi və ictimai münasibət yoxdur. Amma məsələ icra prosesindədir və ciddi siyasi və hüquqi problemlər yaradır”.

Bu təşəbbüs kimə lazımdır?

“Nikol Paşinyan Ermənistan parlamentində bu təşəbbüsün Ermənistana, yoxsa Rusiyaya məxsus olduğuna dair mənim verdiyim suala birbaşa cavab verməkdən yayınıb. Belə bir məsələ bizim hakimiyyətimiz dövründə də müzakirə edilirdi və bizim rus həmkarlarımız Yaxın Şərqdə erməni qaçqın ocaqlarının təhlükəsizliyi məsələlərinə yanaşmamızı anlayış və hörmətlə qarşılayıblar. Belə bir layihənin KTMT-nin mandatı altında üzv ölkələrin iştirakı ilə həyata keçirilməsi daha doğru olardı. Baş nazir və Xarici İşlər nazirliyi iddia edirdi ki, erməni silahlı qüvvələrinin Suriyaya ezam edilməsi məsələsini Suriya hakimiyyəti və Suriya erməniləri icması qaldırıb. Bu iddialar bugünədək havadan asılı vəziyyətdə qalıb. Ona görə ki, aylar keçsə də, belə bir çağırışla hər hansı məktub və ya sənəd yayımlanmayıb. Əksinə mənim əldə etdiyim məlumatlara görə Hələb erməniləri icması bu məsələdə kifayət qədər pis əhval ruhiyyədədir. Onlar ortaya çıxacaq bütün problemləri, o cümlədən, erməni icmasının təhlükəsizliyi ilə bağlı problemlərin ortaya çıxacağını yaxşı dərk edirlər. Əminəm ki, təşəbbüsün yenilənməsi Moskvanın müsbət münasibətinə layiq görülməsi üçün sadə hesablaşma olaraq, Nikol Paşinyan tərəfindən irəli sürülüb”, - deyə o qeyd edib.

Hərbi birləşmə yoxsa missiya?

“Bu məsələ ətrafında da terminoloji mübahisə var. Nikol Paşinyan davamlı olaraq hərbi qruplaşma, silahlı qüvvələr ifadəsini ifadə etməkdən yayınır, missiya sözünü istifadə etməklə məsələni örtməyə çalışır. Keçən il oktyabrın 3-də erməni parlamentində mənim səsləndirdiyim suala Nikol Paşinyan belə cavab verdi: “Suriyada hərbi birləşmə yerləşdirilmir. Orada humanitar minadan təmizləmə və həkim missiyası yerləşdirilir”. Özünəməxsus söz oyunları ilə Baş nazir növbəti dəfə cəmiyyət üçün azğınlıq tələsi qurur. Belə ki, əsasən, minadan təmizləmə, həkimlər və sürücülər haqqında bəyan edilməsi məqamından asılı olmayaraq, əgər onlar Ermənistan Silahlı Qüvvələrini təmsil edirlərsə, bütün hallarda hərbi və hüquqi baxımdan hərbçilər hesab olunurlar”.

Əlavə edək ki, ehtimal olunan hərbi qrup tərkibində təhlükəsizliyin təmin edilməsi üçün döyüş missiyası yerinə yetirən əsgər və zabitlər də olacaq.

Niyə qanunu inkar edirlər?

“Ezam edilən insanlar hansı peşə sahibi, həkim, istehkamçı, sürücü olmasından asılı olmayaraq əgər onlar Silahlı Qüvvələrin əməkdaşlarıdırlarsa, o zaman Silahlı Qüvvələr haqqında Ermənistan qanunvericiliyinə tabedirlər. Həmin qanunvericiliyə əsasən onlar Ermənistandan kənarda yalnız beynəlxalq müqavilələrin əsasında xidmət edə bilərlər. Bu çox vacib incəlikdir. Fəaliyyətdə olan hakimiyyət Ermənistan respublikası Silahlı Qüvvələri haqqında qanununa əsasən, Ermənistanın ərazisindən kənarda sülhməramlı və ya hərbi fəaliyyətlərdə bizim Silahlı Qüvvələrin yalnız beynəlxalq müqavilələr əsasında xidmət edə biləcəyinə dair qanunvericiliyi tapdalamaq üçün əlindən gələn səyi əsirgəmir. Belə bir beynəlxalq müqavilə hazırlanmır və Nikol Paşinyan göstəriş verib ki, bu məsələ yeni sənəd olmadan həll edilsin. Bu yalnız hüquqi əmr yox, hətta Suriyaya ezam edilən bizim əsgərlər üçün zəmanətlərin və mühafizənin möhkəmləndirilməsində vacib alətdir. Hesab etmək olar ki, müqaviləsiz sakitcə Suriyaya erməni hərbi birləşməsinin göndərilməsi təşəbbüsü bir tərəfdən məhz hərbi qrup qüvvələrin göndərilməsi faktını təşviq etməkdirsə, digər tərəfdən, bu, mümkün qədər Qərbin əlavə diqqət və tənqidlərinə səbəb olmamaq üçün atılan addımdır. Məsələyə yekun vuraraq qeyd edək ki, Ermənistanın Xarici İşlər Nazirliyi yalnız ölkənin maraqları üzərinə köklənməli və bir şəxsin hakimiyyətinə qulluq etməməlidir. Xarici İşlər Nazirliyi dövlət, vətəndaş və əsgərlərimiz naminə siyasət yürütməlidir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Suriya   Paşinyan  


Bizi "telegram"da izləyin