Ermənistan MN-dən “Zinuj”a 16 milyon dramlıq vəsait sərfiyyatı

2019/01/51043-1548070746.jpg
Oxunub: 25651     15:41     21 Yanvar 2019    
Ermənistan Müdafiə Nazirliyi “Zinuj” hərbi verilişinin yeni səhnəsinin təchizatına 16 milyon dram vəsait sərf edib.

Ordu.az xəbər verir ki, bu barədə məlumatlar erməni jurnalistlərin Müdafiə Nazirliyi ilə “Tiqvan” MMC arasında 19 dekabr 2018-ci ildə bağlanan müqavilənin araşdırılması nəticəsində aşkar edilib.

Həmin müqaviləyə əsasən Ermənistan Müdafiə Nazirliyi öz üzərinə sözügedən şirkətə 15 milyon 840 min dram ödəmək öhdəliyi götürüb. Bu vəsait hesabına “Zinuj” hərbi proqramının yeni səhnəsi təchizatlandırılıb.

Müqavilənin texniki xarakteristikasına görə səhnə 3 hissədən ibarət olmalıdır. Hər bir səhnə ayrıca xüsusi çəkilişlər üçün nəzərdə tutulub.

Erməni jurnalistlər isə ayrılan vəsaitin doğru istiqamətlərdə istifadə edilmədiyini, Müdafiə Nazirliyinin təbliğat-təşviqat resurslarında pul mənimsəmələrinin olduğunu qeyd ediblər. Aşkar edilən məlumatla bağlı Ermənistan Müdafiə Nazirliyi heç bir açıqlama yaymayıb.

Xatırladaq ki, Ermənistanın ictimai televiziyasının efirində nümayiş etdirilən bu verilişi Müdafiə Nazirliyinin “Zinuj Media” dövlət müəssisəsi hazırlayır.

Yeri gəlmişkən bu dövlət müəssisəsi bir il əvvəl Ermənistan hökumətinin qərarı ilə “Zinuj Studiyası”, “Hay Zinvor” rəsmi qəzeti və “Zabitlər Evi” dövlət müəssisələrinin birləşdirilməsi əsasında yaradılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Zinuj   Korrupsiya  


Bizi "telegram"da izləyin