Ordu.az xəbər verir ki, bu sözləri KTMT-nin Baş katibi vəzifələrini icra edən Valeri Semerikov erməni KİV-lərinə açıqlamasında deyib.
O qeyd edib ki, KTMT-də sədrlik edən ölkə Qırğızıstandır və qəbul edən tərəf kimi zirvə toplantısının keçirilməsi ilə əlaqədar müraciət etməlidir.
"Zirvə toplantısının keçirilməsi gününə dair hələlik qərar verilməyib. Qırğızıstanın təklifindən sonra bu KTMT-də müzakirə ediləcək, KTMT-yə üzv bütün dövlətlərlə razılaşdırılacaq və qərar qəbul ediləcək", - deyə Semerikov bildirib.
Həmin zirvə toplantısı zamanı təşkilatın Baş katibi məsələsinin həll edilə biləcəyinə dair suala Semerikov belə cavab verib: "Bu məsələ zirvə toplantısından daha tez həll edilə bilər. Bu məsələnin həll edilməsi üçün müxtəlif üsullar var. Prosedurlardan biri odur ki, KTMT-nin sədrləri görüşə və iclas keçirə bilərlər".
"Növbəti iclasadək KTMT-nin Baş katibi təyin ediləcəkmi və təşkilatın növbədənkənar qərar qəbul etməsi mümkündürmü?" sualına isə Semerikov "belə bir məlumatım yoxdur" deyə cavab verib.
Alpər Mövludoğlu
Ordu.az