Qeyd edək ki,
Ordu.az-ın
ilin yekunlarına dair hesabatında bu rəqəm ən azı 60 nəfər olaraq göstərilib. Aşağıdakı məlumatda düşmən ordusunda baş verən ölüm hallarının hələ də gizlədilməsi istisna edilmir.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunlardan 27 nəfər müddətli xidmət hərbi qulluqçu, 23 nəfər müqaviləli hərbi qulluqçu, 2 nəfər gizir və 11 nəfər zabitdir. 63 ölüm faktından 38 ölüm hadisəsi hərbi xidmətlə bağlı, 25 hal isə hərbi xidmətlə bağlı olmayan şəraitdə baş verib.
Hərbi xidmətlə bağlı ölüm hadisələrinin səbəbləri belə təqdim edilib:
- 7 hərbi qulluqçu atəşkəsi pozması nəticəsində
- 11 hərbi qulluqçu intihar və ya intihar həddinə çatdırma
- 2 nəfər hərbi qulluqçu silahdan istifadə qaydalarını pozmasına görə
- 3 nəfər xəstəlikdən
- 1 nəfər mina partlayışından
- 1 nəfər öldürmə
- 3 nəfər bədbəxt hadisə
- 6 nəfər xidmətlə bağlı avtoqəza
- 2 nəfər döyüş növbətçiliyinin aparılması qaydalarının pozulması
- 2 nəfər uçuş və ya uçuş qabağı hazırlıq qaydalarının pozulması
Hərbi xidmətlə bağlı olmayan 25 ölüm hadisəsinin səbəbləri:
- 11 nəfər xidmətlə bağlı olmayan avtoqəza
- 10 nəfər xəstəlik
- 5 nəfər bədbəxt hadisə
Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə Ermənistan Silahlı Qüvvələrində və işğal altında olan Qarabağ ərazisində yerləşən qanunsuz bölmələrdə 76 hərbi qulluqçunun ölüm faktı qeydə alınıb. Bunlardan 56 hərbi qulluqçu hərbi xidmətlə bağlı, 20 nəfər isə hərbi xidmətlə bağlı olmayan şəraitdə ölüb.
Müqayisəli təhlil göstərir ki, 2017-ci illə müqayisədə 5 nəfər olmaqla 20% hərbi xidmətlə bağlı olmayan ölüm hadisələri artıb.
2017-ci ildə Ermənistan Silahlı Qüvvələrində və işğal altında olan Qarabağ ərazisində yerləşən qanunsuz bölmələrdə hərbi xidmətlə əlaqəli olan 56 ölüm hadisəsi qeydə alınıb.
Bu hadisələrin səbəbləri belədir:
- 23 nəfər atəşkəsin pozulması nəticəsində
- 10 nəfər intihar və intihar həddinə çatdırma nəticəsində
- 4 nəfər silahdan istifadə qaydalarını pozması nəticəsində
- 4 nəfər xəstəlikdən
- 4 nəfər mina partlayışından
- 3 nəfər öldürülmə nəticəsində
- 4 nəfər bədbəxt hadisə nəticəsində
- 4 nəfər xidmətlə bağlı avtoqəza nəticəsində
2017-ci il ərzində hərbi xidmətlə əlaqəsi olmayan 20 ölüm hadisələrinin səbəbi belədir:
- 1 nəfər öldürmə nəticəsində
- 5 nəfər xidmətlə bağlı olmayan avtoqəzalardan
- 12 nəfər xətəlikdən
- 2 nəfər bədbəxt hadisələr nəticəsində
Alpər Mövludoğlu
Ordu.az