ASALA terrorçusu danışdı: “Sasna Tsrer” bundan sonra nə edəcək?

2019/01/image-1547470109.jpg
Oxunub: 628     16:47     14 Yanvar 2019    
Ermənistanda “Sasna Tsrer” silahlı qruplaşmasının fəxri qarovul xidməti alayını nəzarətə götürdüyü 2016-cı il iyul hadisələrində, həmçinin həbsdən azad edilərkən böyük sayda tərəfdaşları olub. Lakin yeni hakimiyyət dövründə növbədənkənar parlament seçkilərində iştirak edən “Sasna Tsrer” adlı partiya keçid səsini toplaya bilməyərək, Ermənistan parlamentinə daxil ola bilmədi. Bəs bundan sonra “Sasna Tsrer” nə edəcək?

Ordu.az xəbər verir ki, bu barədə “Sasna Tsrer” partiyası katibliyinin və ASALA terror təşkilatının üzvü Alek Yeniqomşyan danışıb.

O qeyd edib ki, onlar qarşıdakı mərhələdə cəmiyyətin müəyyən nümayəndələri ilə ünsiyyəti davam etdirəcək və öz siyasi proqramlarını təqdim edəcəklər.

“İki gündən sonra Ermənistan parlamenti ilk iclasını çağıracaq. Bu zaman yeni seçilən Ermənistan parlamentinin hansı məsələləri gündəm hesab etdiyi məlum olacaq. Biz qarşıdakı günlərdə öz proqramımızı ictimaiyyətə açıqlayacağıq. Əgər parlamentin gündəmində əhəmiyyətli hesab etdiyimiz məsələlər olarsa, bunlara dair qərarımızı qəbul edəcəyik. Biz bütün siyasi proseslərdə iştirak edəcəyik. Fərq yalnız bizim fəaliyyətimizin parlamentdən kənar olacağından ibarət olacaq”, - deyə Yeniqomşyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sasna-Tsrer   ASALA  

ASALA terrorçusu danışdı: “Sasna Tsrer” bundan sonra nə edəcək?

2019/01/image-1547470109.jpg
Oxunub: 629     16:47     14 Yanvar 2019    