Ordu.az-ın xəbər verdiyi kimi, sonuncu etiraz aksiyası şənbə günü keçirilməklə İrəvan-Üçmüədzin avtomobil yolu bağlanmışdı və onu uzun müddət açmağa nail olunmamışdılar. Lakin etiraz aksiyasına yeni seçilən parlamentin bir sıra deputatları və Armavir vilayət rəhbəri Hambartsum Matevosyan müdaxilə etdikdən sonra, aksiya iştirakçıları yolu açmağa və aksiyanı bu gün davam etdirməyə qərar vermişdilər.
Bu gün məhkəmə Manvel Qriqoryanın yenidən həbs edilməsinə dair prokurorluğun vəsatətini müzakirə edəcək.
Xatırladaq ki, 21 dekabrdan etibarən Armavir vilayətində general-leytenant Manvel Qriqoryanın girov müqabilində azad edilməsinə qarşı etiraz aksiyaları keçirilir. Etiraz aksiyası iştirakçıları Üçmüədzin şəhər küçələrini bağlamaqla yanaşı İrəvan-Armavir avtomagistralını da bağlamışdılar. Onlar Manvel Qriqoryanın təkrar həbs edilməsini tələb edirlər.
Məlumat üçün bildirək ki, general-leytenant Manvel Qriqoryan 25 milyon dram girov müqabilində azad edilib.
Alpər Mövludoğlu
Ordu.az