Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Vladimir Yevseyev KTMT-nin Baş katibi vəzifəsi istiqamətində Belarus prezidentinin atdığı addımları şərh edərkən bildirib.
Onun sözlərinə görə, KTMT-nin Baş katibi vəzifəsinə namizədin təyin edilməsi məsələsində hər bir ölkənin rəhbəri necə qərar verəcəyini özü müəyyən edir.
"Əsas odur ki, KTMT-də qərarlar üzv ölkə rəhbərləinin birgə razılığı ilə qəbul olunur. Ermənistan öz nümayəndəsini geri çağırdıqdan sonra indiyədək konsesus olmadığına görə bu təşkilata katib təyin edilməyib və bütün üzv ölkələrin razılığı olanadək də təyin edilməyəcək. Ümumiyyətlə Yuri Xaçaturovun geri çağırılması ilə başlanılan ikitərəfli və çoxtərəfli münasibətlərdə qəribə bir vəziyyət yaranıb", - deyə o qeyd edib.

Yevseyev, yaxın günlərdə hər hansı bir namizəd ətrafında razılıq əldə ediləcəyinə ümid etmədiyini ifadə edib: "Belarusun atdığı addım bu məsələdə sürətin artırılmasını zəruri edir. Ehtimal olunur ki, qarşıda gözlənilən Putin-Paşinyan görüşünün müzakirə mövzularından biri KTMT-nin Baş katibi məsələsi olacaq.
Hadisələrin gedişatı onu göstərir ki, tərəflərdən heç biri öz mövqeyindən çəkilmək niyyətində deyil. Baxmayaraq ki, tərəfdaşlıq münasibətlərini və gələcəkdə birgə fəaliyyət göstəriləcəyini nəzərə alaraq güzəştlərə getmək lazımdır".
Rusiyalı ekspert qeyd edib ki, güzəşt edilməsinə həm Belarusun, həm də Ermənistanın səbəbləri var.
"Ermənistana gəldikdə Rusiyanın silahları daxili bazar qiymətlərinə satması, dərin hərbi əməkdaşlıq əlaqələri olan Rusiyanın təhlükəsilik zəmanətçisi olmasıdır. Ermənistan bu sahədə təhlükənin neytrallaşmadığı, nizamlanmamış Qarabağ münaqişəsinin olduğunu və çoxsaylı çağırışların varlığını dərk edərək, Rusiya ilə birgə ciddi hərbi bazanı nəzərə almalıdır. İstənilən anda bu zonada qeyri-sabitlik baş qaldıra bilər. Belə bir vəziyyətdə Ermənistanın zəmanətçisinin KTMT yox, məhz Rusiyanın olması reallığı nəzərə alınmalıdır", - deyə vurğulayan Yevseyev, Baş katib məsələsi ətrafında qərarın təxirə salınacağını qeyd edib.
Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın KTMT-nin Baş katibi vəzifəsinə təyin edilməsi haqqında KTMT-nin qərar layihəsini imzalayıb.
Lukaşenkonun Stanislav Zasla rəsmi görüşü baş tutub. Stanislav Zas artıq 2019-cu ilin əvvəlində KTMT-nin Baş katibi kimi səlahiyyətlərinin icrasına başlaya biləcəyinə ümid etdiyini bildirib.
Belarusun nümayəndəsi artıq Qırğızıstan, Qazaxıstan, Tacikistan, Rusiyada olub və həmin dövlətlərin dəstəyinə nail olub.
"İrəvanın Belarus namizədini qəbul etmək niyyəti varmı?" deyə verilən suala cavab olaraq, Ermənistanın Baş naziri vəzifələrini icra edən Nikol Paşinyan bildirilib ki, müzakirələr davam etdiyinə görə bunu məqsədəuyğun hesab etmir.
Alpər Mövludoğlu
Ordu.az