Erməni əsgər anası: "Yenə də baş verən cinayəti gizlədəcəklər"

2018/09/234234_1536039538.jpg
Oxunub: 1479     13:37     04 Sentyabr 2018    
İşğal altında olan Hadrutda yerləşən qanunsuz hərbi birləşmələrdən birində (düşmənin 1-ci müdafiə rayonu adlandırdıqları 38401 nömrəli hərbi hssə) 8 il əvvəl ölən erməni əsgəri Artur Qazaryanın ölüm işi yenidən araşdırılacaq.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni əsgərin anası İrina Qazaryan bildirib.

O bildiirb ki, Nikol Paşinyanla görüş zamanı oğlunun ölüm faktının yenidən araşdırılacağına verilən vəd icra olunmaqdadır. Ancaq istintaq sistemi eynilə qaldığına görə cinayəti işinin tam araşdırılcağına və günahkarların aşkarlanacağına hər hansı ümid bəsləmədiyini qeyd edib.

O, müstənqitlərlə görüşərkən işin araşdırılması ilə məşğul olanların hamısının vaxtilə cinayət işinin gizlədilməsi üçün çalışan eyni şəxslərdən ibarət olduğunu bildirib. Buna görə də işin ədalətli araşdırılması məqsədilə vəsadət verəcəyini bildirib.

"Kənardan görünən bir neçə nəfər dəyişdirilsə də, daxildəkilər eyni olaraq qalmaqdadır və yenə də baş verən cinayəti gizlədəcəklər", - deyə o etiraz edib.

Xatırladaq ki, Artur Qazaryan 2010-cu ilin 17 dekabr tarixində Hadrutda qanunsuz dislokasiya olunan erməni hərbi birləşmələrindən birində ölüb. Valideynləri rəsmi məlumatda göstərilən erməni əsgərinin başında şiş aşkarlanması barədə diaqnozla razılaşmırlar. Valideynləri iddia edir ki, övladları hərbi hissədə daxili münaqişə nəticəsində öldürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Etiraz   Əsgər-ölümü  


Bizi "telegram"da izləyin