KXDR hərbi paradda QABR-larının nümayişini planlaşdırır

2018/08/received_891414047719484_1535128671.jpeg
Oxunub: 2225     00:36     25 Avqust 2018    
Şimali Koreya ölkənin əsasının qoyulmasının 70-ci ildönümü ilə əlaqədar paytaxt Pxenyan küçələrində böyük hərbi parada hazırlaşır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sentyabrın doqquzunda təşkil olunacaq paradla bağlı yayımlanmayan yeni peyk görüntülərin əldə edildiyi bildirilir.

İddialara görə, görüntülərdə hərbi paradda istifadə ediləcək çox sayda tank və digər vasitələrin Pxenyanın mərkəz hissəsində yerləşdirildiyi aydın olur.

Bildirilib ki, “Mirim” aeroportu yaxınlığında yerləşən plaza ətrafında hərəkət edən vasitələrin karvanının uzunluğuna əsasən 100-dən çox tank və digər maşınların olduğunu demək mümkündür.

Onların arasında 12-14 metr uzunluğa malik 6 vasitənin qitələrarası ballistik raket daşımağa qadir olduğu və onların paradda bu tipli raketlərlə iştirak edəcəyi güman edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Ballistik-raket  


Bizi "telegram"da izləyin