Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Rusiya Müdafiə Nazirliyinin tərkibindəki Hərbi Texniki Əməkdaşlıqlar üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev verib.
O qeyd edib ki, S-400 aldıqdan sonra ABŞ-dan əlavə olaraq NASAM HHM sisteminin də alınması Hindistan üçün lazımsız xərcdən başqa bir şey olmayacaq.
“ABŞ-ın sahib olduğu sistemlərin aktiv fəaliyyət və təsir dairəsi çox limitli radiusa sahibdir və bu sistemlər üçün xüsusilə dizayn edilmiş raketlər mövcud deyil. Buna görə də S-400 daha yaxşıdır. NASAM-ın alınması Hindistan üçün heç bir əlavə üstünlük qazandırmayacaq”, - deyə o vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az