Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, o, Tramp administrasiyasının bu məsələnin birbaşa Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı proses olduğunu vurğulayıb.
“2008-ci ildə Buş administrasiyası Ukrayna və digər ölkələrin NATO-ya üzvlüyünü sürətləndirəcək proqram təklif etsə də, təəssüf ki, avropalı həmkarlarımız bununla razılaşmadılar. Lakin zənnimcə bizim hazırkı administrasiyamız Ukraynanın sözügedən məsələ ilə bağlı maraqlarını aktiv şəkildə nəzərdən keçirir”, - deyə Bolton söyləyib.
Onun sözlərinə görə, bununla əlaqədar bir sıra addımlar atılsa da, o son nəticədə Ukraynadan, onun irəli sürülən şərtləri hansı dərəcədə yerinə yetirməsindən asılıdır.
Bolton bir daha Ukrayna və Birləşmiş Ştatlar arasında yaxın əlaqələrin olduğunu xatırladıb və NATO-nun Şimali Atlantika regionunda heç bir təcavüzə imkan verməyəcəyini diqqətə çatdırıb.
Ağalar Ağalarlı
Ordu.az