Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onlar Moskvada Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə bir araya gəliblər.
Şoyqunun öz köməkçiləri ilə qatıldığı görüşdə regional təhlükəsizlik, Suriyadakı vəziyyət və qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə edildiyi bildirilir.
Bu gün səhər saatlarında Moskvaya gedən Akar və Fidanın Şoyqu ilə görüşdən sonra Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul edilmələri gözlənilir.
Qeyd edək ki, bu ikili son olaraq bir həftə öncə, avqustun 17-də də Rusiyanın paytaxtında olaraq Şoyqu və digər rəsmilərlə danışıqlar aparıblar.
Ağalar Ağalarlı
Ordu.az