Ordu.az “Belta”ya istinadən xəbər verir ki, görüşdə Belarus və NATO arasındakı əməkdaşlıq müzakirə edilib.
Görüş zamanı tərəflər NATO-nun Sülh və Təhlükəsizliyə dair Elm proqramının potensialına xüsusi diqqət ayırıblar. Səfir Belarusun NATO ilə ortaq maraqlar çərçivəsində konstruktiv əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib.
Qeyd edək ki, Belarus və NATO arasında əlaqələr 1992-ci ildə formalaşdırılıb. O zaman Belarus NATO-nun sonralar Avro-Atlantik Partnyorluq Şurası adlanan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşuldu.
Ağalar Ağalarlı
Ordu.az