Ordu.az “Politico”ya istinadən xəbər verir ki, Cənubi Koreya boyunca hərəkət edən hərbi təyyarələr minlərlə Amerikalı hərbi personalı bazalar və hotellər arasında daşıyır.
Gecə-gündüz müxtəlif manevrlər, döyüş ssenariləri həyata keçirən minlərlə hərbçi Şimali Koreya ilə potensial müharibəyə praktiki hazırlıq keçirlər.
Lakin bu il Şimali Koreya ilə müttəfiqlər arasında baş verən yaxınlaşma avqust ayında keçirilməli olan “Ulçi Azadlıq Qvardiyası” təlimlərinin ləğv edilməsinə səbəb oldu.
Ekspertlər bildirirlər ki, Çin və Şimali Koreya hərbi təlimlərin dayandırılmasını münasibətlərin yaxşılaşması istiqamətində atılmış addım kimi nəzərdən keçirir. Lakin eyni zamanda bunun ABŞ və Cənubi Koreya arasındakı kritik əlaqələrin zəifləməsinə də səbəb ola biləcəyi bildirilir.
Üstəlik Şimali Koreya ilə gərginliyin üzərindən bir ildən də az bir vaxt keçib və nəhəng hərbi təlimlərin dayandırılması Kimin bu məsələdəki mövqeyini gücləndirə biləcəyi ilə bağlı xəbərdarlıq edilir.
Ağalar Ağalarlı
Ordu.az