Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Petro Poroşenko səsləndirib.
Ukraynanın müstəqilliyinin 27-ci ildönümü ilə əlaqədar Kiyevdə təşkil edilən hərbi paradı izləyən Poroşenko Ukraynanın NATO ilə əlaqələrinə dair açıqlamalar verib.
“Son dörd il bunu sübut edib, siz özünüz də bu gün görəcəksiniz ki, ordumuz qitənin ən yaxşı ordularından biridir. O, NATO-nun şərq qanadına əhəmiyyətli töhfələr verəcək. Bunun əvəzində biz alyansdan kollektiv təhlükəsizlik zəmanəti əldə edəcəyimizə ümid edirik”, - deyə Poroşenko bildirib.
Onun sözlərinə görə, Avropa və Avro-Atlantik məkana inteqrasiya Ukraynanın müstəqilliyinə 100%-lik zəmanət təmin edir, üstəlik Avropanın da Ukraynaya ehtiyacı var.
Ağalar Ağalarlı
Ordu.az