"Aİ və NATO Rusiyanın düşməni deyil" – Merkel

2018/08/Снимок_1535101658.png
Oxunub: 3147     17:52     24 Avqust 2018    
“Avropa və Rusiya effektiv əməkdaşlıq etmək bacarıqlarını kifayət qədər nümayiş etdirib”

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanda rəsmi səfərdə olan Almaniya kansleri Angela Merkel səsləndirib.

O qeyd edib ki, Rusiya hazırda qlobal miqyasda kifayət qədər əhəmiyyətli rola sahibdir və Berlin Moskvayla münasibətlərinin qorunmasına önəm verir.

“Avropa Rusiyanın sahib olduğu vacib roldan xəbərdardır. Biz heç vaxt Rusiyaya düşmən münasibətdə olmamışıq. Avropa İttifaqı və NATO Rusiyanın düşmənləri deyil. Bunun üçün kifayət qədər ciddi tarixi faktlar da görə bilərsiniz. Avropa və Rusiya qarşılıqlı yüksək səviyyəli əməkdaşlıq qabiliyyətlərini kifayət qədər nümayiş etdirib”, - deyə kansler qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Rusiya     NATO  


Bizi "telegram"da izləyin