Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı donanmanın vitse-admiralı Riçard Braun bildirib.
O qeyd edib ki, hazırda istehsalı yekunlaşdırılan və ilkin yoxlanışdan keçirilən gəmilərin sınaqlarına növbəti ildən etibarən start veriləcək.
Məlumata əsasən sınaqlar uğurlu olacağı təqdirdə 4 ədəd LCS gəmisi ABŞ donanmasına təhvil veriləcək.
Qeyd edək ki, "Raytheon" tərəfindən istehsal edilən gəmilərin hər biri üçün 246 milyon dollar xərclənib.
Dəyanət Ağalarlı
Ordu.az