Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
O qeyd edib ki, bu ana qədər terrorçuların nəzarətindəki irili-xırdalı 1400-dən çox yaşayış məntəqəsi terrorçulardan azad edilib.
“Hazırda Suriya ərazisinin sadəcə olaraq 4 faizi terrorçuların nəzarətindədir. Suriya xalqı buna görə Suriya və Rusiyanın birgə anti-terror əməliyyatlarına minnətdardır. Azad edilən 1400 yaşayış məntəqəsinə bu il ərzində 1,5 milyon suriyalı geri dönüb”, - deyə Nebenzya vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az