TSQ Qara dəniz sahillərində 4 PKK terrorçusunu məhv edib

2018/08/thumbs_b_c_7f05b9dc42780433e0df02b068eb579f_1535097736.jpg
Oxunub: 3894     16:03     24 Avqust 2018    
Türkiyə Silahlı Qüvvələri Qara dəniz sahillərində 2 müxtəlif əməliyyat həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar Girəsun və Gümüşxana vilayətlərində həyata keçirilib.

Məsələ ilə bağlı Türkiyə hərbi mənbələrinin yaydığı məlumata əsasən ordu Girəsunun Gücə, Gümüşxananın Kürtün şəhərləri yaxınlığındakı terrorçulara qarşı xüsusi təyinatlı əməliyyat keçirib.

Məlumata əsasən, hər iki əməliyyatda 2 terrorçu olmaqla ümumilikdə 4 PKK üzvü məhv edilib.

Qeyd edək ki, zərərsizləşdirilən terrorçulardan biri qruplaşmanın Qara Dəniz “lider”idir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK   Terror  


Bizi "telegram"da izləyin