Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Hezer Noyert bildirib.
Onun sözlərinə görə, nazirlər telefon vasitəsilə bir sıra məsələlər üzərində müzakirələr aparıblar. Əsas müzakirə mövzusu isə İdlibdəki hərbi aktivlik və potensial əməliyyat olub.
“Pompeo Lavrovdan Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının səylərinə və Suriya hökumətinin onlardan istifadəsinin qarşısının alınmasına dəstək göstərməsini istəyib”, - deyə Noyert bildirib.
Qeyd edək ki, İdlib vilayəti Astana danışıqlarına görə münaqişəsiz zona elan edilib. Vilayətin əksər hissəsində terrorçular fəaliyyət göstərirlər. Suriya ordusu isə bir müddətdir ki, İdlib istiqamətində yeni əməliyyata hazırlıq görür.
Ağalar Ağalarlı
Ordu.az