"Fərat Qalxanı" 1,5 milyon mülki vətəndaşa rahat həyat bəxş edib

2018/08/thumbs_b_c_ac787312aca8c24e2eee141ee86ee869_1535095817.jpg
Oxunub: 4294     15:30     24 Avqust 2018    
Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Suriyanın şimalında həyata keçirdiyi anti-terror əməliyyatlarından sonra məcburi köçkünlərin bölgəyə qayıdışı davam edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2 min 55 kv-km ərazinin terrorçulardan təmizlənməsi ilə nəticələnən "Fərat Qalxanı" əməliyyatlarının üzərindən 2 il keçir.

Məsələ ilə bağlı yerli mənbələrin yaydığı məlumata əsasən, əməliyyatlar nəticəsində Azez, Cerabulus və Babda stabilliyin təmin edilməsi bölgəyə mülki vətəndaşların axınını təşviq edib.

Belə ki, geridə qalan 2 il ərzində regionda həyat normal axarına geri dönüb və sözügedən şəhərlərə 1,5 milyondan çox suriyalı köç edib.

Qeyd edək ki, hazırda bölgədə təhlükəsizliyin əsas qoruyucusu Azad Suriya Ordusunun 5 min nəfərlik polis heyətidir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASO   Fərat-Qalxanı   Suriya  


Bizi "telegram"da izləyin