"Müdafiə sənayemiz Rusiyadan olan asılılıqdan qurtulur" - Poroşenko

2018/08/1408469038-2106_1535095188.jpg
Oxunub: 1593     15:19     24 Avqust 2018    
“Ukrayna müdafiə sənayesi Rusiya istehsalı komponentlərdən olan asılılığından virtual olaraq qurtulmaqdadır”.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Petro Poroşenko bəyan edib.

“Müdafiə sənayesinin səyləri yüksək texnoloji müasir silahların istehsalına və silahlanmada olan mövcud silahların modernizasiyasına yönəlib. Bu silahlar dünya standartları ilə tam üst-üstə düşür”, - deyə Poroşenko bildirib.

Onun sözlərinə görə, əvvəllər Ukrayna müdafiə sənayesinin ərsəyə gətirməsi üçün 10 illər çəkən şeylər, artıq bir neçə ay ərzində hazır edilir və idxaldan asılılıq azalır.

“Müdafiə sənayemiz idxal strategiyasının əvəzlənməsi istiqamətində qurulub. Biz görünüş olaraq Rusiyadan alınan komponentlərdən olan asılılığımızı aradan qaldırırıq. Düşünün ki, 2013-cü ildən bu vaxta qədər bu asılılıq 70%-dən 40%-ə enib”, - deyə Poroşenko əlavə edib.

Qeyd edək ki, son beş ildə Ukrayna Silahlı Qüvvələri 8 növ döyüş zirehli vasitəsi, 2 növ tank əleyhinə raket və 7 növ yenilənmiş təyyarə və helikopter əldə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Silah  


Bizi "telegram"da izləyin