SQQ 3 nöqtəyə paralel hücum edəcək

2018/08/Syrian-Army-tank-in-Hamah_1535020202.jpg
Oxunub: 2522     23:55     23 Avqust 2018    
Suriya Quru Qoşunları ölkənin şimal-qərbində yerləşən üç nöqtəyə eyni zamanda sürpriz hücum etməyi planlaşdırır.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə SQQ-nin Həma xəttində qulluq edən mənbə bildirib.

Onun sözlərinə görə, hücum planlaşdırılan bölgələr Həmanın şimal-qərbi, İdlibin cənub-şərqi və Latakiyanın şimal hissəsidir.

Məqsəd isə Həmada üsyançıların əlində olan sonuncu nöqtələri təmizləmək, İdlibdə Əbu Duhur ətrafındakı əraziləri terrorçulardan azad etmək, Latakiyada isə Cəba Əl-Akrad və Cəbəl Türkmən regionları arasındakı oxa nəzarəti bərpa etməkdir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İdlib   Terror  


Bizi "telegram"da izləyin