Putin Avropa liderlərinin Trampın Ukrayna ilə bağlı mövqeyinə təsirini şübhə altına alıb

2026/06/1781283094.jpg
Oxunub: 190     02:44     29 İyun 2026    
Rusiya Prezidenti Vladimir Putin Avropa liderlərinin ABŞ rəhbəri Donald Trampın Ukrayna ilə bağlı mövqeyinə təsir göstərə biləcəyinə şübhə etdiyini bildirib.

Ordu.az-ın məlumatına görə, bu barədə o, jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.

Putin bunun mümkün olmadığını, çünki Trampın "yetkin və təcrübəli siyasətçi" olduğunu və nə etdiyini bildiyini söyləyib.

Eyni zamanda, Rusiya Prezidenti qeyd edib ki, istənilən siyasətçi həm müttəfiqləri, həm də rəqibləri dinləyə və müəyyən dərəcədə onların mövqeyini tənzimləyə bilər:

"Amma mənim bu barədə heç bir məlumatın yoxdur, bu barədə heç nə bilmirəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Avropa   Tramp  


Bizi "telegram"da izləyin