Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Suriyadakı Rusiya Koordinasiya Mərkəzinin sədri Aleksandr Tsiqankov verib.
O qeyd edib ki, İdlibin cənubunda yerləşən Əbu Dali yaşayış məntəqəsindəki Rusiya hərbçiləri terrorçuların pilotsuz uçuş aparatları vasitəsə ilə həyata keçirdiyi intensiv hücumlara məruz qalıb.
Məlumata əsasən, hücumlar zamanı istifadə edilən hər 3 PUA Rusiya hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv edilib.
Tsiqankovun bildirilib ki, hücumdan sonra bölgədə aparılan əməliyyatlar nəticəsində terrorçulara məxsus 489 ədəd kiçik silah və 500 kq mərmi aşkarlanaraq müsadirə olunub.
Ağalar Ağalarlı
Ordu.az