Kərkükdə terror hücumu: 1 ölü, 2 yaralı

2018/08/1042355707-650x352_1534330460.jpg
Oxunub: 2222     18:53     15 Avqust 2018    
İraqın Kərkük şəhərində mülki vətəndaşlara qarşı terror hücumu edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Kərkükün Əl-Vəsti səmtində baş verib.

Hadisə ilə bağlı yerli mənbələrin yaydığı məlumata əsasən terrorçular şəhərdaxili magistral yolun kənarına əvvəlcədən yerləşdirilən bombanı işə salıblar.

Partlayış nəticəsində 1 mülki vətəndaş həlak olub, daha 2-si isə yaralanıb.

Qeyd edək ki, hücumu hələlik heç bir qruplaşma üzərinə götürməsə də, təhlükəsizlik xidməti əməkdaşları hadisəni İŞİD-in törətdiyini ehtimal edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Kərkük   Terror  


Bizi "telegram"da izləyin