Rəqqada 3 İŞİD üzvü məhv edilib

2018/08/Снимок_1534329101.png
Oxunub: 2168     18:31     15 Avqust 2018    
Suriya ordusu Rəqqada İŞİD-ə qarşı əməliyyatlar keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Suriya Müdafiə Nazirliyindən verilib.

Bildirilib ki, ordu Rəqqanın Qarama şəhərində İŞİD terror qruplaşmasının üzvləri olduğu müəyyən edilən kiçik bir qrupa qarşı əməliyyat keçirib.

Rəsmi məlumata əsasən, əməliyyat zamanı baş verən silahlı qarşıdurmalarda 3 terrorçu məhv edilib, geri qalan 10-a qədər terrorçu isə sağ şəkildə ələ keçirilib.

Ordu qüvvələri əməliyyatı itki vermədən yekunlaşdırıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin