SQQ-nin Hələb ətrafında 5 mindən çox hərbçisi yerləşdirilib

2018/08/13960602500201_PhotoI_1534321674.jpg
Oxunub: 2485     16:31     15 Avqust 2018    
Suriya Quru Qoşunları Hələb ətrafındakı hərbi qüvvələrinin sayını artırmağa davam edir.

Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, ordu artıq İdlibin ətrafında bir neçə istiqamətdə hərbi qüvvələr toplamağa davam edir.

Belə ki, hazırda Hələbin müxtəlif istiqamətlərdən sərhədində yerləşən 6 fərqli şəhərdəki hərbi qüvvələrinin sayı 5 minə çatdırılıb.

Bölgəyə yerləşdirilən hərbi qüvvələrin tərkibinə 400-dən çox piyada döyüş vasitəsi və toplar daxildir.

Qeyd edək ki, ordu bu həftə ərzində “Hayat Təhrir Əş-Şam” terror qruplaşmasının nəzarətində olan bölgələrə doğru geniş miqyaslı əməliyyatlara start verməyi planlaşdırır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Hələb   Hayat-Təhrir-Əş-Şam  


Bizi "telegram"da izləyin