Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, iyulun sonu və avqustun əvvəlində Rusiya Qara dənizdə gəmilərə qarşı 9K720 “İsgəndər-M” raketinin iki dəfə təqlidi elektron atışını həyata keçirdi.
Elektron atış raket bölüyünün həqiqi dünyadakı kimi raket atışı üçün tələb olunan hazırlıq və bütün digər proseduru həyata keçirməsi deməkdir. Əsas fərq gerçək raketin buraxılmamasındadır.
Bəs Rusiya dəqiq olaraq hansı raketin atışını təqlid etdi? 1970-ci ildə “Skad”ların əvəzlənməsi üçün təkmilləşdirilən “İsgəndər” ballistik və qanadlı raketlərin bir çox növünü ata bilən mobil atış sistemidir. “İsgəndər-M” isə ənənəvi və ya nüvə başlığı ilə silahlana bilən və 500 kilometr mənzilə sahib ballistik raketdir.
“Russia Beyond” xəbər saytı “İsgəndər” sisteminin R-500 “Kalibr” qanadlı raketinin gəmi əleyhinə olan versiyasını necə ata biləcəyini təsvir edib:
“Bu raketlər ikinci və üçüncü sinif esmineslərin, xüsusilə “Tomahawk” raketləri və “Aegis” ballistik raketdən müdafiə sistemlərini daşıya bilən gəmilərin hədəf alınmasına uyğunlaşdırılıb. Bu sinifdən olan gəmilər Vaşinqtonun dəqiq nöqtə zərbələri üçün nəzərdə tutulmuş qlobal çevik hücumu üçün əsas atış platformlarıdır.
Gəmi əleyhinə raketlər saatda 2000 kilometr uça bilsələr də, su üzərində sadəcə 5-10 metr yüksəklikdə hərəkət edirlər. Onların faydalı yük qabiliyyəti isə 200-500 kiloqramdır.
Ağalar Ağalarlı
Ordu.az