İnnovasiya axtarışında: Kosmik Komandanlıqdan Kiber Komandanlığa?

2018/08/received_605709253158904_1534264647.jpeg
Oxunub: 1603     00:35     15 Avqust 2018    
Pentaqon hazırladığı və Konqreslə prezident tərəfindən də təsdiqlənən Milli Müdafiə Səlahiyyətləndirmə Qanunu kibertəhlükəsizlik məsələlərinin də ön plana çıxarılmasına imkan yaradacaq.

Ordu.az xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Pentaqonun mətbuat xidməti yayıb.

Bildirilib ki, 1958-ci ildə formalaşdırılan Təkmilləşdirilmiş Hərbi Araşdırma Layihələri Agentliyi bu qanun layihəsindən sonra növbəti il üçün kibertəhlükəsizlik mövzularına xüsusi əhəmiyyət verəcək.

Belə ki, Pentaqon özünün 2019-cu il üçün nəzərdə tutulan büdcəsində birbaşa və ya dolayı olaraq kibertəhlükəsizlik məsələləri üçün 30 milyard dollardan çox vəsait ayırıb.

Pentaqon hazırda özünün 10 şöbəsindən biri olan Kibertəhlükəsizlik departamentinin daha sonrakı mərhələdə inkişaf etdirilərək Kibertəhlükəsizlik Komandanlığına çevrilməsini planlaşdırır.

Bunun üçün isə Pentaqon ilk olaraq Kosmik Qüvvələr layihəsinin həyata keçirilməsi ilə bağlı layihələrin yekunlaşdırılmalı olduğunu bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Kosmik-Komandanlıq  


Bizi "telegram"da izləyin