KTMT-nin baş katibi ittihamları qəbul etməyib - İstintaqın detalları

2018/08/armeniyan_152585191256_1525864158_1533886863.jpg
Oxunub: 308     15:51     10 Avqust 2018    
KTMT-nin baş katibi Yuri Xaçaturov ona qarşı ünvanlanan ittihamları qəbul etməyib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Yuri Xaçaturov Ermənistan xüsusi istintaq komitəsinin müstəntiqlərinin suallarını cavablandırmaqdan imtina edib.

Belə ki, müstəntiqlər bütün sübutları təqdim edərək qanunvericiliyin müvafiq maddəsi ilə ona qarşı konstitutsiya quruluşunun dəyişdirilməsinə dair iittiham irəli sürüldüyünü bildirdikdə, o, şifahi şəkildə ittihamları qəbul etmədyini bildirib.

Daha sonra cinayət məcəlləsinin müvafiq maddəsinin verdiyi səlahiyyətlərdən faydalanaraq susmaq hüququndan istifadə edib.

Qeyd edək ki, 2008-ci ilin 1 mart hadisələri ilə bağlı Ermənistanın ikinci prezidenti Robert Köçəryan, eyni iş üzrə 2008-ci ildə müdafiə nazirinin müavini, hazırda KTMT-nin baş katibi olan Yuri Xaçaturov və müdafiə nazirinin sabiq müavini Mikayel Harutyunyan qanunvericiliyin müvafiq maddələri üzrə konstitutsiya quruluşunun dəyişdirilməsində iittiham olunurlar.

Robert Köçəryan həbs edilib, Mikayel Harutyunyan axtarışa verilib, Yuri Xaçaturov isə girov müqabilində azadlığa buraxılaraq, KTMT baş katibi vəzifəsinin icrası məqsədilə Moskvaya geri qayıdıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   KTMT   1-mart  

KTMT-nin baş katibi ittihamları qəbul etməyib - İstintaqın detalları

2018/08/armeniyan_152585191256_1525864158_1533886863.jpg
Oxunub: 309     15:51     10 Avqust 2018    