Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp bu barədə İtaliya Baş naziri Cüzeppe Konte ilə qatıldığı ortaq mətbuat konfransında bildirib.
O, qarşı tərəflə heç bir şərt qoyulmayacağı təqdirdə istənilən vaxt görüşə hazır olduğunu qeyd edib.
“Onlar görüşmək istəyirsə, görüşəcəm. İstənilən vaxt, istənilən kəslə görüşə hazıram. Mən görüşlərə inanıram. Görüş olacaqsa, nəticə də olacaq. Sadəcə olaraq Ruhani görüşə şərtsiz gəlsin”, - deyə Tramp vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az