Rusiya donanması bu il 26 döyüş gəmisi əldə edəcək

2018/07/37977225_2620564118169740_889551039114510336_n_1532958294.jpg
Oxunub: 3633     01:28     31 İyul 2018    
Bu ilin sonuna qədər Rusiya donanması yeni 26 döyüş gəmisi, qayıq və esmines əldə edəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu gəmilərin dördü “Kalibr” raketləri ilə təchiz olunacaq.

Bu barədə dünən Donanma Günündə danışan Rusiya prezidenti Vladimir Putin həmçinin ilin bu vaxtına qədər donanmanın istifadəsinə dörd ədəd səth gəmisi, terrorla mübarizə qayığı və 3 logistika gəmisinin verildiyini xatırladıb.

Onun sözlərinə görə, Rusiya gəmiqayırma sənayesinin inkişafı nəticəsində bu sahədə olduqca yaxşı nəticələr əldə edilib. Buna görə də, donanma hazırda müasir dövrün tələblərinə uyğun ləvazimatlarla təchiz olunur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kalibr   Döyüş-gəmisi  


Bizi "telegram"da izləyin