ABŞ Nigerə silahlı dronlar yerləşdirib

2018/07/38046078_2620546784838140_9220134490507051008_n_1532957616.jpg
Oxunub: 4228     00:10     31 İyul 2018    
ABŞ ordusu Qərbi Afrika ölkəsi olan Nigerə silahlı dronlar yerləşdirib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, Pentaqon bu barədə məlumatı təsdiqləyib.

Məlumata görə, dronların yerləşdirilməsi İŞİD terrorçularına qarşı hücum təşkil etmək məqsədi daşıyır.

ABŞ-ın Nigerdəki hərbi mövcudluğu bu il ərzində bir qədər də genişlənib. Belə ki, Pentaqon Niger qüvvələrinə kəşfiyyat materiallarının toplanması və digər missiyalarda dəstək vermək məqsədilə ölkəyə 800 əsgər yerləşdirib.

Xatırladaq ki, ötən ilin oktyabr ayında İŞİD terrorçularının hücumu nəticəsində Nigerin qərbində 4 ABŞ əsgəri həlak olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Niger   Dron  


Bizi "telegram"da izləyin