Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Misir rəsmiləri bildirib.
Qeyd olunub ki, bu gün artıq HƏMAS-ın ikinci əsas fiquru hesab edilən Xəlil Əl-Həyyanın başçılığı altında geniş nümayəndə heyəti Misirə yola düşüb.
Məsələ ilə bağlı Misir hökumətindən bildirilən açıqlamada qeyd olunub ki, görüşdə Fələstinlə bağlı problemlərin həlli yolları müzakirə olunacaq.
Qeyd edək ki, Misirin görüşdə iştirak üçün İsraili də dəvət etməsinə baxmayaraq rəsmi Təl-Əviv dəvətdən imtina edib.
Dəyanət Ağalarlı
Ordu.az