Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Türkiyə Baş Qərargahı yayıb.
Bildirilib ki, az öncə ordu Tuncəli vilayətinin Pülümür şəhəri yaxınlığında hücum hazırlığında olan terrorçulara aviazərbələr endirib.
Rəsmi məlumata əsasən hücumlar zamanı 10 PKK üzvü məhv edilib.
Qeyd edək ki, bu, gün ərzində həyata keçirilən ikinci anti-terror əməliyyatıdır. Səhər saatlarında da Türkiyə Silahlı Qüvvələri İraqın şimalında daha 10 PKK terrorçusunu məhv edib.
Dəyanət Ağalarlı
Ordu.az