Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı şirkət yayıb.
Bildirilib ki, layihə çərçivəsində şirkət Pentaqonun Sakit Okeanın qərbində ABŞ-a məxsus Quam adasında yerləşən yanacaq depolama mərkəzinə logistika dəstəyi göstərəcək.
Müqaviləyə əsasən ümumi dəyəri 62 milyon dollar olan layihə 4 il davam edəcək.
Qeyd edək ki, tərəflər əməkdaşlıqdan razı qalacaqları təqdirdə layihə daha 5 il uzadılacaq ki, bu da layihənin dəyərini 142 milyon dollara qaldıracaq.
Dəyanət Ağalarlı
Ordu.az