ABŞ-Taliban danışıqlarından sonra müsbət siqnallar səslənir

2018/07/000_16609U_2018_07_01_21_59_24_1532951849.jpg
Oxunub: 2439     19:56     30 İyul 2018    
ABŞ-ın yüksək səlahiyyətli diplomatı ilə “Taliban” nümayəndələri arasında ötən həftə Qətərin paytaxtı Dohada baş tutan görüşdən sonra pozitiv siqnallar yüksəlir.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən etibarlı mənbə bildirib.

ABŞ tərəfindən Xarici İşlər nazirinin Cənubi və Mərkəzi Asiya İşləri üzrə köməkçisi Alis Uels tərəfindən rəhbərlik edilən nümayəndə heyətilə “Taliban” üzvləri arasında danışıqlar barədə ilk xəbəri “The Wall Street Journal” nəşri yaysa da, hələlik görüş rəsmi olaraq təsdiqlənməyib.

Görüşdə “Taliban” tərəfindən iştirak edən 4 nəfərlik heyətin üzvü olduğunu iddia edən mənbə Dohadakı hotellərin birində baş tutan iclasda atəşkəsin bərpa edilməsi imkanları müzakirə edildiyini və bundan sonra daha çox belə görüşlərin təşkil edilməsi üzrə razılıq əldə olunduğunu bildirib.

“Onu sülh danışığı adlandırmaq olmaz. Bunlar ilkin formal və təklif xarakterli danışıqlar üçün keçirilmiş seriyalı görüşlərin biridir. Biz tezliklə yenidən görüşməyə və Əfqanıstan münaqişəsinin dialoq yolu ilə həllinə razılaşdıq”, - deyə o qeyd edib.

“Taliban” tərəfi liderlik şurasının razılığı ilə ABŞ-la danışıqların keçirildiyini iddia etsə də, ABŞ bunu qəbul etmir. ABŞ Dövlət Departamenti ötən həftə Uelsin Dohada olduğunu, lakin onun sadəcə BƏƏ-li rəsmilərlə görüşdüyünü bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Taliban   Qətər  


Bizi "telegram"da izləyin