Rusiyanın yeni korvetləri Hindistan və Çinə təklif edilə bilər

2018/07/1028675919_1532950750.jpg
Oxunub: 2302     19:48     30 İyul 2018    
Rusiya özünün yeni “Buyan-M” sinif korvetlərini Çin, Hindistan və Vyetnama ixracını həyata keçirməyi planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Rusiya Baş nazirinin köməkçisi Yuri Borisov bildirib.

O qeyd edib ki, “Kalibr” qanadlı raketləri ilə dəstəklənən bu gəmilərin istehsalına bir neçə il öncə başlanılıb.

“Bu gəmilərin ilkin seriyasının istehsalı tamamlanıb. Biz bunların sınağını da keçirmişik və bu gəmilər Baltik, Qara və Xəzər dənizlərindəki donanmalara, həmçinin Şimal filotiliyasına təhvil verilib. Biz bu gəmiləri cəlbedici qiymətə Çin, Hindistan və Vyetnama təklif etməyi planlaşdırırıq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, sözü gedən korvetlərin ixracat üçün hazırlanacaq versiyalarının “Pantsir-M” raketdən müdafiə sistemləri ilə təchiz edilməsi də planlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Korvet   Çin   Hindistan   Vyetnam  


Bizi "telegram"da izləyin