Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Yaponiya Xarici İşlər naziri Taro Kono səsləndirib.
“Rusiya BMT Təhlükəsizlik Şurasının üzvü və altıtərəfli danışıqların iştirakçısıdır. Şimali Koreya probleminin həllində onun rolu çox əhəmiyyətlidir”, - deyə nazir bildirib.
Kono Rusiya və Yaponiyanın Şimali Koreyadakı vəziyyətlə bağlı müxtəlif səviyyələrdə fikir mübadiləsi apardığını da vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az