Britaniya “Brexit” sonrası Çinlə əlaqələri gücləndirmək istəyir

2018/07/h_54521197-800x450_1532949190.jpg
Oxunub: 4307     19:12     30 İyul 2018    
“Birləşmiş Krallıq Avropa İttifaqından çıxdığına görə, dünyaya daha açıq olmağa başlayıb və bu mənada Çinlə partnyorluq əlaqələri formalaşdırmağı hədəfləyib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Britaniyanın yeni təyin edilmiş Xarici İşlər naziri Ceremi Hunt bildirib.

“Britaniya və Çin hər ikisi qlobal perspektivdə böyük gücdür. Britaniyanın Aİ-ni tərk etməsi və xarici əlaqələrə daha açıq olması ilə, biz 21-ci əsr üçün bu həyati partnyorluğu dərinləşdirmək istəyirik”, - deyə Hunt söyləyib.

Bu gün Xarici İşlər naziri kimi ilk rəsmi səfərini Çinə edən Hunt Pekində çinli həmkarı Vanq Yi ilə görüşərək iki ölkə arasında strateji dialoqu müzakirə edəcək.

Onun sözlərinə görə, Britaniya-Çin strateji dialoqu beynəlxalq əlaqələrdə meydana gələn problemlər, qlobal təhdidlər və s. kimi məsələlərin öhdəsindən gəlmək üçün çox əhəmiyyətə malikdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Çin   Avropa-İttifaqı  


Bizi "telegram"da izləyin