Diyalədə 17 İŞİD üzvü zərərsizləşdirilib

2018/07/197676e7-6cd8-4683-b0a7-b000e023edc5_16x9_788x442-650x366-1_1532948739.jpg
Oxunub: 2674     19:04     30 İyul 2018    
İraq ordusu Diyalə vilayətində İŞİD terror qruplaşmasına qarşı geniş miqyaslı əməliyyatlar keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Diyalə əməliyyatlarının komandiri Məzhər Əl-Əzzavi bildirib.

O qeyd edib ki, ordu qüvvələri Diyalənin şimal və şimal-qərbindəki bir neçə İŞİD mövqeyinə aviazərbələr endirib.

Rəsmi məlumata əsasən, əməliyyatlar zamanı terrorçu qruplaşmanın 17 üzvü məhv edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin