“Cənubi Kuril adalarında hərbi təlimlər qəbuledilməzdir” – Yaponiya XİN rəhbəri

2018/07/Taro-Kono_1532948352.jpg
Oxunub: 3962     18:56     30 İyul 2018    
“Yaponiya baxımından Cənubi Kuril adalarında hərbi təlimlərin keçirilməsi qəbuledilməzdir”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər naziri Taro Kono bildirib.

Rusiya və Yaponiya Xarici İşlər və Müdafiə nazirlərinin 2+2 formatlı görüşündə iştirak etmək məqsədilə Moskvaya yola düşən Kono səfər öncəsi jurnalistlərin suallarını cavablandırıb.

“Yaponiya və Rusiya hələ də dörd ada üzərində suverenliyə dair müxtəlif baxış bucaqlarına sahibdir. Son qoyulmalı olan bir çox problem var. Rusiya tərəfinə hərbi təlimlərin qəbuledilməz olduğu ilə bağlı münasibətimizi dəfələrlə ifadə etmişik”, - deyə Kono bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuril-adaları   Yaponiya   Rusiya  


Bizi "telegram"da izləyin