Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Yaponiya Müdafiə naziri İtsunori Onodera bildirib.
O qeyd edib ki, ölkəsi mövcud hava hücumundan müdafiə sistemlərinin modernizasiyası, yeni batareyaların formalaşdırılması və onların radar sistemləri ilə təmin edilməsi üçün ümumilikdə 4,2 milyard dollar xərcləyəcək.
Qeyd edək ki, 2019-cu ildən etibarən başladılacaq 30 illik uzun perspektivli bu layihələr ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən həyata keçiriləcək.
Dəyanət Ağalarlı
Ordu.az