Yaponiya XİN rəhbəri: “Lavrovla dialoq sülh müqaviləsini yaxınlaşdıracaq”

2018/07/p9-brown-a-20180328-870x580_1532946746.jpg
Oxunub: 4371     18:14     30 İyul 2018    
“Rusiya Xarici İşlər naziri Sergey Lavrovla danışıqlar iki ölkə arasında sülh müqaviləsinin imzalanması vaxtını daha da yaxınlaşdıracaq”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Yaponiya Xarici İşlər naziri Taro Kono ifadə edib.

“Mən nazir Lavrovla dayanıqlı və səmimi dialoqun davam etdirilməsindən yanayam. Bu sayədə addım-addım ümumi məqsədə, sülh müqaviləsinin imzalanmasına daha da yaxınlaşırıq”, - deyə Kono bildirib.

O, bu yaxınlaşma fonunda Yaponiya və Rusiya Xarici İşlər nazirləri arasında dialoqun çox əhəmiyyətli olduğunu vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Rusiya   Kuril-Adaları  


Bizi "telegram"da izləyin