Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi səsləndirib.
İranın paytaxtı Tehranda baş tutan mətbuat konfransına qatılan Qasımi ABŞ-ın İrana yönəlik düşməncə münasibətinin davam etdiyi müddətdə müzakirələrin mümkün olmayacağını bildirib.
O, ABŞ prezidenti Donald Trampın İranın əleyhinə açıqlamalar verməsinin ölkə xaricində Tramp əleyhdarlarının İranı müdafiə etmələrinə səbəb olmasından məmnuniyyətini dilə gətirib.
Ağalar Ağalarlı
Ordu.az