Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, Azərbaycan HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcli kapitan Zaur Hümmətov ilə Türkiyə HDQ-nin komandanının maddi-texniki təminat (MTT) üzrə müavini vitse-admiral Fikret Esin arasında keçirilən görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın uğurlu nəticələri və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyi bildirilərək, bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulayıblar.
Vitse-admiral F.Esin “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində qonaq qismində iştirakından son dərəcə məmnunluğunu ifadə edib. Vitse-admiral F.Esin yarışlarda ölkəmizin hərbi dənizçilərinə uğurlar arzulayıb. Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin, qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Ordu.az