Rusiyanın Qara Dəniz filotiliyası daha 6 gəmi əldə edəcək

2018/07/10aeb1e5cd4b991c7d7b823413d439f0_1532941326.jpg
Oxunub: 1875     17:53     30 İyul 2018    
Rusiyanın Qara Dəniz filotiliyası bu ilin sonuna qədər daha 6 döyüş gəmisi əldə edəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə sözügedən filotiliyanın komandiri Aleksandr Moiseyev bildirib.

“Biz bu il artıq 3 yeni gəmi istifadəyə vermişik. Bu freqatlardan biri donanmanın paradında iştirak edən “Admiral Makarov” idi. Lakin bu ilin sonuna qədər daha 6 gəminin filotiliyamıza çatdırılması planlaşdırılır”, - deyə Moiseyev vurğulayıb.

Onun sözlərinə görə, 22160 saylı layihə çərçivəsində istehsal olunan “Vasili Bikov” korvetinin sınaqları qarşıdakı aylarda başa çatdırılacaq və bundan sonra Qara Dəniz filotiliyasının istifadəsinə veriləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qara-dəniz   Gəmi  


Bizi "telegram"da izləyin