Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Ərəb koalisiyasının sözçüsü Turki Əl-Maliki bildirib.
O qeyd edib ki, ötən gün Yəmənin husilərin nəzarətindəki Səudiyyə Ərəbistanı ilə sərhəd şimal bölgəsi olan Sədada qiyamçılar koalisiya qüvvələrinə raket zərbəsi endirməyə cəhd edib.
Məlumata əsasən, Səudiyyə Ərəbistanının koalisiya tərkibindəki qüvvələri tərəfindən hava hücumundan müdafiə sistemləri vasitəsilə ilə raket hücumlarının qarşısı dərhal alınıb.
Qeyd edək ki, husilər koalisiyadan edilən bu açıqlamanın heç bir əsasının olmadığını bildirib.
Dəyanət Ağalarlı
Ordu.az