“HMS Tyne” gəmisində bir sıra problemlər ortaya çıxıb

2018/07/FX180126233_1532937960.jpg
Oxunub: 3019     16:07     30 İyul 2018    
Böyük Britaniya donanmasının 6-cı əsas döyüş gəmisi hesab edilən “HMS Tyne” modernizasiya ediləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı modernizasiya layihəsini icra edəcək “BAE Systems” şirkətinin mətbuat katibi bildirib.

Açıqlamada qeyd olunub ki, 15 ildən çoxdur fəaliyyət göstərən gəminin elektrik sistemlərində bir sıra ciddi problemlər ortaya çıxıb.

“Biz Britaniya donanması ilə daha bir gəminin modernizasiyası üzərində işləmək barəsində razılıq əldə etdik. Gəmidə elektrik ötürücü sistemlərdə ciddi nasazlıqlar ortaya çıxıb. Ehtimal ki, bu sistemlərin tam əsaslı yenilənməsinə ehtiyac var. Hələlik gəmi üzərində araşdırmalar aparılır. Donanma modernizasiya işləri üçün 3 ay vaxt verib, lakin düşünürük ki, bu müddət yetərsiz olacaq”, - deyə şirkətdən bildirilən rəsmi açıqlamada qeyd olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   BAE-Systems   Modernizasiya  


Bizi "telegram"da izləyin